Emin Eyyubov: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirməlidir” - EKSKLÜZİV
- Azərbaycan-Belçika əlaqələrinin bugünkü səviyyəsi və perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycanla Belçika arasında diplomatik münasibətlər 1992-ci il iyunun 17-də qurulub. Bir çox Avropa qurumlarının qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşdiyi, Avropanın siyasi mərkəzi hesab edildiyi və bu ölkə ayrıca mühüm əhəmiyyət kəsb etdiyi uçun Azərbaycanın ilk səfirliklərindən biri də məhz 1995-ci ildə Brüsseldə açılıb. Belçika Krallığının Azərbaycandakı səfirliyi isə 2007-ci ildən fəaliyyətə başlayıb. Belçikanın səfirlik açmaq üçün Cənubi Qafqaz ölkələri arasında Azərbaycanı seçməsi ölkəmizin regionda mühüm siyasi və iqtisadi mərkəzə çevrildiyini bir daha sübut edir. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev Avropa İttifaqı və NATO-nun tədbirlərində iştirak etmək üçün dəfələrlə Brüsseldə olaraq bu ölkənin rəhbərləri ilə görüşmüş və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etmişlər. Əlaqələrimizin səviyyəsi təbii ki, bir nöqtədə dayanmır və hər il əlaqələrin inkişafını müşahidə etmək olar. Ümumiyyətlə, hər iki ölkə yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, qanunverici və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar və bu istiqamətdə müvafiq addımlar atılmaqdadır. Bu maraqdan irəli gələrək Belçika və Azərbaycan parlamentləri arasında da münasibətlər yaradılıb və qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir. Qrup üzvlərinin Bakıya və Brüsselə səfərləri həyata keçirilərək qanunvericilik sahəsində təcrübə mübadiləsi aparılıb.
Mədəniyyət, elm və təhsil sahəsinə gəlincə, Belçikada hər il Azərbaycan incəsənət xadimlərinin konsertləri təşkil olunur və sərgilər keçirilir. Bu isə öz növbəsində Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması deməkdir. Təhsil sahəsi ilə bağlı qeyd etmək lazımdır ki, Belçika azərbaycanlı tələbələrin daha çox cəmləşdiyi və fəal olduğu ölkələrdən biridir. Tələbələr əsasən bura fərdi qaydada gəlir və təhsil alırlar. Səfirlik olaraq biz bu tendensiyanı dəstəkləyirik. Hazırda səfirlik Azərbaycan və Belçika universitetləri arasında daimi əlaqələrin yaradılması və tələbə-müəllim mübadilələrinin həyata keçirilməsi istiqamətində iş aparır.
- Azərbaycanla Belçika arasında iqtisadi münasibətlər hansı səviyyədədir? Əlaqələrin inkişafı üçün yeni addımlar atılırmı?
- Öncə qeyd edim ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün hüquqi baza yaradılıb. “Azərbaycan Respublikası hökuməti ilə Belçika Krallığı hökuməti arasında hava daşımaları haqqında Saziş”, “İnvestisiyaların təşviqi və qorunması haqqında Saziş”, “İkiqat vergiqoymanın aradan qaldırılması haqqında Konvensiya” və “Gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında ikitərəfli Saziş” həmin hüquqi bazanın mühüm tərkib hissələrdir. İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün digər müqavilə və sazişlərin də imzalanması üçün müvafiq işlər görülməkdədir. Məsələn, hazırda “Ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” layihəsi üzrə müvafiq danışıqlar aparılır. 2007-ci ilin aprel ayında Azərbaycan Respublikasının bir sıra rayon və şəhər icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyətinin Brüssel, Turne və Namur şəhərlərinə səfərləri təşkil edilib. Bu səfərin nəticəsi olaraq Lənkəran və Turne şəhərləri arasında qardaşlaşmaya dair razılıq əldə edilib və bu yaxınlarda müvafiq sənədin imzalanması planlaşdırılır. Ümumilikdə iki ölkə arasında ticarət dövriyyəsində hər il artım müşahidə olunur. 2006-cı il ərzində Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ticarət dövriyyəsinin həcmi 39 milyon 439 min ABŞ dolları olduğu halda, 2007-ci ilin yanvar-oktyabr aylarında bu rəqəm 51 milyon 467 min dollar olub. Təbii ki, iki ölkənin iqtisadi sahədə geniş imkanları bu əlaqələri daha da dərinləşdirməyə imkan verir. Səfirlik olaraq əsas məqsədlərimizdən biri Azərbaycanın qeyri-neft sektoruna Belçika investisiyalarının cəlb edilməsidir.
- Azərbaycanın Belçikadakı səfirliyi həm də Avropa İttifaqında akkreditə olunub. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri necə qiymətləndirirsiniz? Dağlıq Qarabağ münaqişəsinin həllinə Avropa Birliyi hansı səviyyədə yardım göstərə bilər?
- Demokratiya və bazar iqtisadiyyatı şəraitində inkişaf edən və Avropanın bir hissəsi olan Azərbaycan Avropa inteqrasiyasını özü üçün strateji məqsəd kimi müəyyənləşdirib. Bu baxımdan Avropa İttifaqı ilə əlaqələr Azərbaycan üçün vacib əhəmiyyət daşıyır və bu əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq 1992-ci ildən başlayıb və bu günə kimi uğurla davam etməkdədir. Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əlaqələrin hüquqi və praktik bazasını təşkil edir. Artıq Aİ-nin fəal iqtisadi tərəf-müqabili olan Azərbaycan bu qurumla münasibətlərini birtərəfli yardım müstəvisindən tərəfdaşlıq səviyyəsinə doğru inkişaf etdirməkdədir. Aİ öz növbəsində Azərbaycanın həm Cənubi Qafqaz regionunun inkişafında, həm də Avropa üçün xüsusi aktuallıq kəsb edən enerji təhlükəsizliyinin təmin olunması və enerji mənbələrinin müxtəlifləşdirilməsində vacib ölkə olduğunu etiraf edir. Hazırda Azərbaycan Aİ-nin Cənubu Qafqazda əsas ticarət tərəfdaşıdır. Aİ-Azərbaycan Fəaliyyət Planının qəbul edilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma Memorandumu imzalanması və Azərbaycanda Avropa Komissiyasının tam səlahiyyətli nümayəndəliyinin açılışı əlaqələrin tərəfdaşlıq münasibətlərinə çevrildiyini və keyfiyyətcə yeni müstəviyə çıxdığını nümayiş etdirir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində Aİ-nin roluna gəldikdə isə, hesab edirik ki, bu təşkilat məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirməli və bu mövqe beynəlxalq hüququn prinsip və normalarına əsaslanmalıdır. Gürcüstan və Moldova daxil olmaqla, mövcud regional münaqişələrə münasibətdə Aİ ölkələrin ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsinin vacibliyini vurğulayır. Bu yanaşmanın bütün oxşar münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə tətbiq edilməsi vacibdir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimadın qurulması, Dağlıq Qarabağ bölgəsinin Azərbaycana reinteqrasiyası, tərəflər arasında sülh sazişinin imzalanmasından sonra münaqişə zonasında bərpa və yenidənqurma işlərinin aparılmasında Aİ-nın müvafiq yardım və dəstəyi mühüm əhəmiyyət kəsb edə bilər.
- Yaxın vaxtlarda Avropa İttifaqından və Belçikadan dövlət ve hökumət rəsmilərinin Azərbaycana səfəri gözlənilirmi? Ümumiyyətlə, Azərbaycanla bağlı Avropa İttifaqında hansısa görüş planlaşdırılırmı?
- Bu ilin fevral ayında hazırda Aİ-yə sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupelin rəhbərliyi altında Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və digər Aİ rəsmilərinin iştirakı ilə Aİ “troyka”sının Bakıya səfəri həyata keçirilib. Eyni zamanda Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi P. Morel bu ilin martında Bakıda olub. Cari ilin iyun və dekabr aylarında müvafiq olaraq Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsi və Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasları keçiriləcək. Əvvəldə qeyd etdiyim kimi, Belçikadan da müxtəlif nümayəndə heyətləri Azərbaycana səfərlər edirlər. Aprel ayında Belçika Senatının üzvləri Alen Desteks, Pol Vil və keçmiş millət vəkili Stef Qorisdən ibarət Belçika nümayəndə heyəti Bakıda keçirilmiş “Azərbaycanda siyasi hüquqların qorunması yeni meyarlar” adlı konfransda iştirak edib. May ayında isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” adlı konfransa, Heydər Əliyev Fondunun iyun ayında təşkil edəcəyi “Qadınların mədəniyyətlərarası dialoqda rolu” adlı beynəlxalq konfransa, eləcə də ADR parlamentinin 90 illik yubiley tədbirlərinə Belçikadan ayrı-ayrı nümayəndə heyətləri qatılacaqlar.
- Azərbaycan diasporasının Belçikadakı fəaliyyəti sizi qane edirmi və səfirlik tərəfindən onlara dəstək göstərilirmi?
- Digər ölkələrdə olduğu kimi, Belçikada da Azərbaycan diasporası gəncdir, mən deyərdim ki, hələ formalaşma dövrünü yaşayır. Süni surətdə diaspora yaradılmır, bu, uzun illər tələb edən təbii bir prosesdir. Bununla belə, Belçikada artıq bir neçə diaspora təşkilatı yaradılıb və fəaliyyət göstərir. Təbii ki, biz istərdik bu qurumlar özlərini tam təsdiq etsinlər və Azərbaycanın taleyüklü məsələlərinin həllinə öz töhfələrini versinlər.
Diaspora təşkilatlarına dəstəyə gəlincə, bilirsiniz ki, bu məsələ Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Bunun isə səbəbləri sizə aydındır. Bədxah qonşularımızın xalqımıza qarşı yönəlmiş siyasətinə və təbliğat kampaniyasına son qoymaq, ümumiyyətlə, dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri çatdırmaq üçün diaspora qurumları mühüm rol oynaya bilər. Bu mənada diaspora təşkilatları ilə səfirlik arasında geniş əməkdaşlıq mövcuddur.

Xarici siyasət
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq