İsrailin Azərbaycandakı səfiri Artur Lenkin Goranboy və Gəncəyə iki günlük səfəri başlayıb
24 aprel 2008 08:22 (UTC +04:00)
İsrail səfirliyinin media və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Atəş Sultanovun APA-ya verdiyi məlumata görə, səfər millət vəkili Gültəkin Hacıyevanın dəvəti ilə gerçəkləşib. Diplomat cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndinə və kənddə şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksinə baş çəkəcək. Artur Lenkin həmçinin rayon İcra Hakimiyyətinin başçısı Elşən Abasov, yerli sakinlər və iş adamları ilə görüşü nəzərdə tutulub. Rayondakı vəziyyətlə tanış olan səfir müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək. Tərəflər kənd təsərrüfatı, infrastruktur və imkanların artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar. Səfərin ikinci günü səfir Lenk Gəncədə olacaq və burada şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşəcək. Görüşdə tərəflər kənd təsərrüfatı sahəsi də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Daha sonra səfir Pasxa bayramını qeyd etmək üçün Gəncənin yəhudi icması ilə görüşəcək. O, həmçinin şəhərdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.
Xarici siyasət
AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Azərbaycanda səfərdədir - FOTO
23:24
2 may 2024
Azərbaycan və Tacikistan XİN-ləri əməkdaşlıq haqqında memorandum imzalayıblar - FOTO
20:33
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024
Ceyhun Bayramov ASEAN Parlament Assambleyasının baş katibi ilə görüşüb
17:52
2 may 2024