İraq səfiri Kərbəla ziyarətinə gedən Azərbaycan vətəndaşlarına viza vermədiklərini bildirib
29 aprel 2008 12:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ə. Ö. İsmayıl məlumat verib. O, sorğunu bu yaxınlarda 150-dək Azərbaycan vətəndaşının Kərbəla ziyarətinə getməsi ilə bağlı əldə etdiyi məlumatlara əsasən verdiyini bildirib: “Belə məlumatlar yayılıb ki, guya həmin şəxslər İraqın Azərbaycandakı səfirliyinin vizası əsasında ziyarətə gediblər. Biz heç kəsə belə bir viza verməmişik”. Səfir Kərbəla ziyarətinin təşkilini mümkün saysa da, bunu həyata keçirən şirkətin zəvvarların təhlükəsizliyinə təminat verməsinin vacib olduğunu da diqqətə çatdırıb.
Xarici siyasət
Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar - FOTO
08:31
4 may 2024
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024