Bank Of Baku

Conatan Henik ABŞ-ın Şərqi Timorda səfirinin müavini vəzifəsinə təyinat alıb

Conatan Henik ABŞ-ın Şərqi Timorda səfirinin müavini vəzifəsinə təyinat alıb
# 13 iyun 2008 15:26 (UTC +04:00)
Onun sözlərinə görə, Şərqi Timorda ABŞ səfirinin müavini vəzifəsində çalışacaq: “Mən son 15 il ərzində bu regionda - Qafqaz, Türkiyə, Orta Asiyada işləmişəm, odur ki, fərqli bir bölgədə olmaq istədim”. Conatan Henik Azərbaycanda işləmiş amerikalı diplomatların sonradan Ermənistanda, bu ölkədə çalışan diplomatların isə Azərbaycanda çalışmasının yaxşı təcrübə ola biləcəyini vurğulayıb: “Mən şəxsən fikirləşirəm ki, Azərbaycanda işləmiş diplomatların Ermənistana, Ermənistanda işləyənlərin Azərbaycana gəlməsi yaxşı təcrübə olardı. O diplomatlar Qarabağ məsələsinin həllinə təkan verə bilərdilər”. Conatan Henik Azərbaycandakı fəaliyyətini çox uğurlu adlandırıb. Conatan Henik Azərbaycanda təxminən 80 amerikalı diplomatın çalışdığını bildirib: “Azərbaycanda diplomat yerini doldurmaq problemi yoxdur. Hər yeni acılan yer üçün xeyli müraciət olur. Ən istedadlı, ən təcrübəli diplomatları Azərbaycanda işləmək üçün seçirlər. Afrikada, yoxsul ölkələrdə və ya İraqda boş yerləri doldurmaq çətindir. Amma Azərbaycana gəlmək istəyən diplomatlarımız çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR