Bank Of Baku

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
# 10 iyul 2026 19:50 (UTC +04:00)

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub.

APA xəbər verir ki, tədbirdə diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri və digərləri iştirak ediblər.

Mərasim Azərbaycan və Kolumbiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo ölkələrimiz arasındakı münasibətlərin inkişafından, əldə olunan irəliləyişlərdən danışıb.

Diplomatın sözlərinə görə, mədəniyyət və təhsil iki xalqı birləşdirən əsas istiqamətlərdəndir. Səfirlik Azərbaycanda Kolumbiya ədəbiyyatının, musiqisinin və ispan dilinin tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirir. O əlavə edib ki, azərbaycanlı diplomatlar və dövlət qulluqçuları üçün ispan dili proqramı bu il 14-cü dəfə təşkil olunub, eyni zamanda Kolumbiyadan Azərbaycanda təhsil almağa maraq göstərənlərin sayı artır.

Nelsi Rakel Munar Xaramiyo vurğulayıb ki, Kolumbiya dialoqa, beynəlxalq əməkdaşlığa və çoxtərəfli tərəfdaşlığa sadiqdir. O bildirib ki, Azərbaycan Kolumbiya üçün Cənubi Qafqaz və Avrasiya regionunda mühüm tərəfdaşdır və iki ölkə arasında dostluq, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan münasibətlərin bundan sonra da inkişaf etdirilməsi nəzərdə tutulur.

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev qeyd edib ki, iki ölkə arasında əlaqələr qarşılıqlı etimada əsaslanaraq müsbət dinamika ilə inkişaf edir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə təmaslar münasibətlərin genişlənməsinə, siyasi dialoqun möhkəmlənməsinə mühüm töhfə verib.

Fariz Rzayev xatırladıb ki, bu ilin aprel ayında Kolumbiyanın xarici işlər nazirinin müavinin Bakıya səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib, eyni zamanda xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin altıncı raundu baş tutub.

Nazir müavini bildirib ki, Azərbaycan Milli Məclisi ilə Kolumbiya Konqresi arasında formalaşmış əməkdaşlıq, eləcə də hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında dialoqun dərinləşməsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR