Bank Of Baku

Conatan Henik: “Metyu Brazyanın bəlkə də ən böyük arzusu Dağlıq Qarabağ münaqişəsini həll etməkdir”

Conatan Henik: “Metyu Brazyanın bəlkə də ən böyük arzusu Dağlıq Qarabağ münaqişəsini həll etməkdir”
# 13 iyun 2008 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik “Women”™s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin üzvləri ilə görüşündə deyib. O, status-kvo vəziyyətinin Azərbaycana sərf etmədiyini deyib: “Müharibə tərəflər üçün fəlakət olardı. Ona görə də biz bu münaqişənin sülh yolu ilə həlli üçün işləməliyik və inşallah, yaxın vaxtlarda bu zəhmətin bəhrəsini görəcəyik”. Conatan Henik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair öz fikirlərini bölüşüb: “Münaqişənin həll yolu çox yaradıcı bir iş deyil. Hər hansı həll yolu ola bilər, amma bu həll yolunun yerinə yetirilməsi üçün xaricdən dəstək lazımdır. Məsələn, Qarabağ münaqişəsində işğal olunmuş ərazilərdə tamamilə dağıdılmış yerlər var. Əgər Qarabağ münaqişəsini həll etsək, bu rayonlar yenidən bərpa olunacaq. Bundan ötrü beynəlxalq ictimaiyyətin köməyi lazım olacaq. Bu ərazilərdə çoxlu sayda minalar vardır. Azərbaycanın özünün mina təmizləmə agentliyi olsa da, bu iş bir agentlik tərəfindən aparıla bilməz. Digər tərəfdən, münaqişənin həlli tərəflər arasında qarşılıqlı etimadın səviyyəsindən asılı olur. Regionda maraqları olan, nüfuzlu ölkələrin vasitəçi olması tərəflər arasında etimadın səviyyəsini artırmağa kömək edə bilər. Elə bilirəm ki, nə Azərbaycan, nə Ermənistan sülhü mühafizə qüvvələrinin yalnız Türkiyə və ya Rusiya əsgərlərindən ibarət olmasını məqbul saymaz. Hazırki həmsədr ölkələr özləri ilə danışıqlar masasına beynəlxalq ictimaiyyəti səfərbər etmək imkanları gətirirlər. Bu, humanitar yardım tapmaq, sülhü mühafizə qüvvələri təşkil etmək və sair üçün vacibdir. Amma, sözsüz, bu prosesdə ən nüfuzlu ölkələr münaqişə tərəflərinin özləridir”. Conatan Henik münaqişə tərəflərinin və vasitəçilərin münaqişənin sülh yolu ilə nizamlanmasını istədiklərini bildirib: “Mən keçmişdə nə olmasından asılı olmayaraq, hesab edirəm ki, Azərbaycan, Ermənistan və hər 3 vasitəçi münaqişənin sülh yolu ilə nizamlanmasını istəyir. Gəlin Rusiyanı götürək. Mən sizinlə mübahisə edə bilərəm ki, Rusiya öz sərhədlərində sürətlə qeyri-sabit vəziyyət yarada biləcək bir münaqişənin olmasında maraqlı deyil. Sülh prosesinə baxmayaraq, bu, hələ də sabitlikdən çıxa biləcək bir vəziyyətdir. Düz deyilmi ki, Qarabağ münaqişəsinin həll edilə bilməməsi Azərbaycanla Rusiya əlaqələrinin daha da yaxşılaşması yolunda bir maneədir? Rusiya rəhbərliyi yəqin başa düşür ki, Azərbaycanla möhkəm əlaqələrə nail olmağın ən asan yolu münaqişəni dinc, tərəflərin qəbul etdiyi yolla həll etməkdir”. Conatan Henik amerikalı həmsədr Metyu Bryazanın Bakı və İrəvanda fərqli bəyanatlarla çıxış etməsi ilə bağlı sualı belə cavablandırıb: “Metyu Brayza çox ciddi bir diplomatdır. Təbii ki, çox gülümsəyir, mehribandır, lakin bu, onun şəxsi keyfiyyətləridir. Mən Metyu Brayzanı çox yaxşı tanıyıram. Onun həyatda, bəlkə də, ən böyük arzusu Qarabağ problemini həll etməkdir. Buna nail olmaqdan ötrü əlindən nə gəlirsə, onu edəcək. Amma düzdür ki, Brayza və ya mənim kimi diplomatlar müsahibə verəndə belə hallar olur. Mən demək istəmirəm ki, jurnalistlər ciddi deyillər və ya peşəkarcasına işləmirlər. Jurnalist ciddi olanda belə, anlaşılmazlıqlar baş verir. Bundan sonra da olacaq. Odur ki, həm jurnalistlər, həm diplomatlar buna yol verməmək üçün daha çox çalışmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR