Bank Of Baku

Amerikalı tələbələr Azərbaycanın ABŞ-dakı səfirliyinin keçirdiyi müsabiqənin qalibi olublar

Amerikalı tələbələr Azərbaycanın ABŞ-dakı səfirliyinin keçirdiyi müsabiqənin qalibi olublar
# 14 iyun 2008 08:51 (UTC +04:00)
ABŞ. Hüsniyyə Həsənova-APA. Azərbaycanın ABŞ-dakı səfirliyi “Coğrafi baxımdan uzaq, strateji tərəfdən yaxın: yaxın 10 ildə ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsi və ümumu maraqların qorunmasının perspektivləri” mövzusunda müsabiqə elan edib. APA-nın ABŞ bürosunun məlumatına görə, 7 tələbə Azərbaycan Demokratik Respublikasının qurulmasının 90 illiyi və ABŞ-la diplomatik əlaqələrin yaradılmasının 16-ci ildönümü münasibətilə keçirilən müsabiqənin qalibi olub.
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev təqdim olunan araşdırmaların səviyyəsini yüksək qiymətləndirib. Səfir bildirib ki, amerikalı tələbələrin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələr barədə bu qədər mükəmməl biliklərə malik olması onu sevindirib: “Yarışmaya qatılan gənclər iki ölkə arasında daha da dərinləşən münasibətlərin gələcək simalarıdırlar.”

Qeyd edək ki, bu ilki müsabiqənin qalibləri Corc Vaşinqton Universitetindən (Avropa və Avroasiya Araşdırmaları sahəsi) Stephen Mintz və Jefry Lightfoot, Maryland/Harvard Universitetlərindən (Slavyan dilləri bölməsi) Aleksandr Qrose, Kolumbiya Universitetindən (Tarix bölməsi) Lauren Anquis, Prinston Universitetindən (Yaxın Şərq Araşdırmaları bölməsi) Mary Zenq, Montana Universitetindən (İqtisad bölməsi) Morqan Frederik, Corctaun Universitetindən (Rusiya, Avroasiya, Yaxın Şərq bölməsi) Brianna Tod, Kolumbiya Universitetindən (İqtisad və Siyasi Elimlər bölməsi) Pin Quan Nq seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR