Bank Of Baku

Litva səfiri: “Azərbaycanın “Vikinq” nəqliyyat layihəsində iştirakı “GUAM+” formatında əməkdaşlığı aktivləşdirə bilər”

Litva səfiri: “Azərbaycanın “Vikinq” nəqliyyat layihəsində iştirakı “GUAM+” formatında əməkdaşlığı aktivləşdirə bilər”
# 17 iyun 2008 15:38 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Azərbaycanın “Vikinq” nəqliyyat layihəsində iştirakı “GUAM+” formatında əməkdaşlığı aktivləşdirə və Azərbaycanla Litvanın əlaqələrini genişləndirə bilər”. Bu açıqlamanı APA-ya Litvanın Azərbaycanda səfiri Kyastutis Kudzmanas verib. Onun sözlərinə görə, artıq rəsmi səviyyədə Azərbaycanın bu layihədə iştirakına dair müzakirələr gedir və ekspertlərin dəyərləndirməsi gözlənilir. Qeyd edək ki, “Vikinq” Klaypeda-Minsk-Odessa istiqamətində yüklərin daşınmasını həyata keçirən sürət qatarıdır. Bu layihə TRACEKA-ya qoşulacağı təqdirdə yüklərin Mərkəz Asiya, Xəzər regionunda keçərək Baltikyanı regiona və Mərkəzi Avropaya nəqli prosesini inkişaf etdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR