AKP-nin bağlanması üçün presedent - TƏHLİL
Əslində hər şey yanvarın 14-də başladı. Madriddə mədəniyyətlər ittifaqına həsr edilmiş beynəlxalq konfransda çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan məşhur “lap tutalım, hicab siyasi simvoldur. Biz siyasi simvol olsa da, hicab problemini həll edəcəyik və indiyə qədər məzlum olmuş qızlarımız başlarını örtərək ali məktəblərə gedəcəklər” bəyanatını verdi. Vəzifələrindən biri siyasi partiyaların fəaliyyətinin Konstitusiyaya uyğun olub-olmadığına nəzarət etmək olan baş prokurorun bu açıqlamaya reaksiyası gecikmədi. Əbdürrəhman Yalçınkaya AKP lideri və baş nazir R. T. Ərdoğana xəbərdarlıq edərək dedi ki, əfəndilər, cızığınızdan çıxırsınız və bu səpkili açıqlamaların hamısı qovluğa yığılır. Amma nə fayda? Baş prokuror kim idi ki? Xalq 22 iyulda AKP-yə səs vermişdi və hökumət istədiyini edə bilərdi. “Lampa partiyası”nın qaz verənləri, pis çıxmasın, baş prokuroru yaş yuyub-quru sərirdilər. Sanki final matçı oynanırdı və qarşıya qoyulan məqsədə çatmaq üçün 45 dəqiqə vardı. Martın 14-nə qədər olan atmosfer belə idi. O gün axşamüstü baş prokuror Əbdürrəhman Yalçınkayanın 47% səs alaraq təkbaşına iqtidarını gücləndirən bir partiyanın qapadılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməsinə AKP-liləri uzun müddət inandırmaq mümkün olmadı. Meydanlara çıxan Tayyib bəy yaz yağışları kimi guruldadı: “Millətin iradəsinə heç kim ipoteka qoya bilməz”. Baş prokuror-Konstitusiya Məhkəməsi-AKP üçbucağında cərəyan edən proseslərdə məzlum rolunu bu dəfə Tayyib Ərdoğan və hicablılar öz öhdələrinə götürmüşdülər. Konstitusiya Məhkəməsinə Turqut Özal tərəfindən üzv təyin edilmiş, keçən ilin yayında isə məhkəmənin digər 10 üzvünün dəstəyi ilə sədr seçilən ixtisasca mühasib Haşim Kılıç ali məktəblərdə hicabı sərbəst buraxan Konstitusiya dəyişikliyi barədə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının şikayətini analiz etmək üçün raport hazırlayan Osman Cana 90 gün möhlət vermişdi. 80 gün işləyəndən sonra Osman Can Konstitusiya Məhkəməsinə təqdim etdiyi raportda üzvlərə məsləhət gördü ki, Konstitusiya dəyişikliyi ölkənin əsas qanununun dünyəvilik prinsipinə zidd deyil və şikayət rədd edilməlidir. Bu, sadəcə, tövsiyə mahiyyətli bir təklif idi. Konstitusiya Məhkəməsi iyunun 5-də ali məktəblərdə hicabı sərbəstləşdirən Konstitusiya dəyişikliyini dünyəvilik prinsipinə zidd sayaraq ləğv etdi. Bu qərarın lehinə 9, əleyhinə isə 2 nəfər (biri sədr Haşim Kılıç) səs verdi. Yeni bir qiyamət ssenarisi yazan islamçı-liberal media Tayyib Ərdoğana necə ilham verdisə, partiyasının parlament qrupunun son iclasında hər kəs baş nazirdən rasional, sakitləşdirici bir xitab gözləyərkən hökumət başçısı millət vəkillərini “mindikləri qatarı tərk etməməyə” çağırdı. Cərəyan edən hadisələrdə TBMM-nin sədri Köksal Toptanın Konstitusiya Məhkəməsinin funksiyasının azaldılaraq 70-ci illərdə olduğu kimi, Senat yaradılmasını təklif etməsi mübahisələrə səbəb oldu. Keçən il noyabrın 20-də parlamentdəki otağında Köksal Toptandan APA üçün müsahibə alarkən soruşmuşdum: “Böyük bir konsensusla Məclis sədri seçildiniz. Biz sizi əcnəbi mediaya Türkiyədəki dünyəvi sistemin qarantiyalarından biri kimi təqdim etdik. Bu mövqeyinizdə hər hansı dəyişiklik ola bilərmi?” TBMM sədri cavabında “Türkiyədəki dünyəviliyin qarantiyalarından biri kimi təqdim edilməyim məni çox sevindirir və bu mövqeyimdə dəyişiklik olması mümkün deyil”, söyləmişdi. Amma baş nazir Ərdoğanla görüşəndən sonra 30-40 il əvvəl mövcud olan siyasi sistemi yenidən gündəliyə gətirməsi K. Toptanın bitərəfliyini qoruya bilməyərək AKP sözçüsü durumuna düşməsi iddialarının səslənməsinə səbəb oldu. Yəni yaranmış vəziyyətdə siyasi təcrübəsi və tutduğu vəzifə etibarilə güvənilən arbitr rolunu oynaması arzu edilən, bir zamanlar Süleyman Dəmirəlin varisi kimi təqdim edilən, Doğru Yol Partiyasının sədri postu üçün Tansu Çillərlə iki dəfə yarışa girib uduzan Köksal Toptan bu situasiyada AKP-yə yaxın durmağa üstünlük verdi. Onun parlamentdə təmsil olunan partiyaların liderləri ilə deyirmi masa keçirmək təklifi cavabsız qaldığı kimi, bu partiyaların parlamentdəki qrup sədrlərinin müavinləri ilə keçirdiyi görüş də lazımi effekti vermədi. Baş nazir isə sərmayə bazarında səhmlərin qiymətdən düşməsi və faizlərin yüksəlməsinin günahını ənənəyə uyğun olaraq ana müxalifət liderinin üstünə atdı.
Baş prokurorun ittihamnaməsi, keçmişdəki Rifah və Fəzilət partiyalarının təcrübəsi, Avropa İnsan Haqları Məhkəməsinin hicabla bağlı güzəştsiz qərarları və R. T. Ərdoğanın AKP millət vəkillərini “qatardan enməməyə” çağırması göstərir ki, AKP-nin qapadılması ehtimalı yüksəkdir və Konstitusiya Məhkəməsinin qərarı bu ehtimalı daha da gücləndirib. Baş prokuror prezident Abdulla Güldən başqa, Tayyib Ərdoğan, Bülənt Arınç da daxil olmaqla, AKP-nin 37 millət vəkilinin siyasi fəaliyyətinin 5 il müddətinə yasaqlanmasını işləyir. Siyasət kulisləri AKP-nin gələcəyi ilə bağlı ssenarilərlə dolub-daşarkən R. T. Ərdoğanın “əmanətçisi” kimi təqdim edilən xarici işlər naziri Əli Babacan Avropa Parlamentində belə bir bəyanatla çıxış etdi: “Türkiyədə təkcə müsəlman olmayanlar deyil, müsəlmanlar da dinin bir çox şərtlərini yerinə yetirə bilmir”. Yəni hər gün deyil, hər saat, hər an yeni bir açıqlama, yeni bir hərəkətlənmə, yeni bir mübahisə atmosferi. AKP-ni qeyd-şərtsiz dəstəkləyən medianın baş prokuror və Konstitusiya Məhkəməsinə yaylım atəşi isə davam edir. Buna paralel olaraq “dövlət çevrilişinə cəhd” iddiası ilə içəriyə göndərilən “Ergenokon” dəstəsinin sıraları gündən-günə genişləndirilir. Proseslər siyasi arenadan daha çox prokurorların otaqlarında və məhkəmə salonlarında cərəyan edir. Tayyib bəyin parlamenti yay tətilində açıq tutmaq istəməsi Konstitusiya Məhkəməsinin qəbul edəcəyi qərarla bağlı hər cür hazırlığın yapıldığına işarə etmirmi? 47% səslə təkbaşına iqtidarını gücləndirən AKP bir il sonra yenidən seçkiyə getməyi planlaşdıra bilərmi? Məhkəmə qərarından asılı olmayaraq AKP bütövlüyünü qoruya biləcəkmi, yoxsa parçalanmalar qaçılmazdır? Tayyib Ərdoğanın idarə etməyəcəyi və ya kənardan idarə edəcəyi yeni bir partiya eyni dərəcədə güclü olacaqmı?
Keçən yay olduğu kimi, Türkiyənin bu yayı da isti, həm də çox isti olacaq. “Tutalım”la başlayan 14 yanvar marafonundan bu günə qədərki zaman kəsiyində isə Türkiyə bir həqiqəti təsdiqləmiş oldu: Müstəqil məhkəmələri olmayan ölkələrin demokratik rejimləri qoruma refleksi qalmır. Konstitusiya Məhkəməsi ölkənin dünyəvi rejimini qorumaq üçün önəmli bir qərara imza atıb.
Xarici siyasət
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Sahibə Qafarova Pİ-nin yüksək səviyyəli dialoqunda çıxış edib
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
XİN rəhbərinin müavini Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub
Xəbər Lenti
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb
Tbilisidə terrorizmdə ittiham olunan müxalif siyasətçiyə 13 il həbs cəzası verilib
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib - VİDEO
Sahibə Qafarova Pİ-nin yüksək səviyyəli dialoqunda çıxış edib
Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib
"City Garden Narimanov"da premium mənzillər 36 ayadək faizsiz kredit və 20 ilədək ipoteka imkanı ilə - "Kristal!"
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
DÇ-26: İspaniya millisi Belçika ilə üz-üzə gələcək