Bank Of Baku

ABŞ Dövlət Departamenti: Azərbaycan, Gürcüstan və Ermənistan öz talelərini özləri müəyyənləşdirməlidir

ABŞ Dövlət Departamenti: Azərbaycan, Gürcüstan və Ermənistan öz talelərini özləri müəyyənləşdirməlidir
# 19 iyun 2008 07:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid çıxış edib: “ABŞ Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq niyyətində deyil. Bu, həm qeyri-müdrik, həm də mümkünsüz addımdır”. ABŞ Konqresində hesabatla çıxış edən Daniel Frid Cənubi Qafqaz ölkələri öz talelərini özləri müəyyənləşdirməli, digər dövlət və beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə qarşılıqlı münasibətləri sərbəst şəkildə qurmalıdır: “Biz hesab edirik ki, heç bir böyük dövlət nə Rusiya, nə də başqası bu ölkələri öz təsir dairəsinə salmalı deyil. Eyni zamanda heç bir dövlət bu ölkələrin Avropa institutlarına və transatlantik ailəyə qoşulmaq barədə suveren seçiminə müdaxilə etməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR