Bank Of Baku

Gürcüstan prezidentinin azərbaycanlı müşaviri: “Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam”

Gürcüstan prezidentinin azərbaycanlı müşaviri: “Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam”
# 20 iyun 2008 08:37 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Gürcüstan prezidentinin milli məsələlər üzrə yeni təyin etdiyi müşaviri, soydaşımız Mübariz Qarayev deyib. M. Qarayevin sözlərinə görə, prezident milli məsələlər üzrə özünə 5 müşavir təyin edib: “Onlardan biri də mənəm”. Təyinatın onun üçün gözlənilməz olduğunu deyən M. Qarayev bu barədə sərəncamın mayın 18-də imzalandığını bildirib. O, prezident Mixail Saakaşvili ilə bu günlərdə görüşəcəyini söyləyib.
Qeyd edək ki, M. Qarayev 1970 il mayın 15-də Tiflisdə anadan olub, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müşavir təyin olunana qədər M. Qarayev qeyri-hökumət təşkilatı olan Torpaq Sahibkarlarının Səlahiyyətli Müdafiə Assosiasiyasının rəhbəri olub. Azərbaycan, gürcü və rus dillərini sərbəst bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR