Bank Of Baku

Azərbaycan XİN husilərin Ərəbistanda mülki şəxs və obyektləri hədəf almasını pisləyir

Azərbaycan XİN husilərin Ərəbistanda mülki şəxs və obyektləri hədəf almasını pisləyir
# 04 sentyabr 2020 16:01 (UTC +04:00)

"Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

XİN qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.

Qeyd edək ki, bir neçə gün öncə Husi yaraqlıları Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına partlayıcı dron vasitəsilə zərbə endirməyə cəhd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR