Bank Of Baku

Azərbaycanın "Dostluq" ordeni rusiyalı yazıçı Albert Lixanova təqdim olunub - FOTO

Azərbaycanın "Dostluq" ordeni rusiyalı yazıçı Albert Lixanova təqdim olunub - FOTO
# 14 sentyabr 2020 11:05 (UTC +04:00)

Azərbaycanın "Dostluq" ordeni Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova təqdim olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dövlət mükafatını Albert Lixanova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oğlu təqdim edib.

Mərasimdə çıxış edən Polad Bülbüloğlu Azərbaycan prezidenti İlham Əliyevin Albert Lixanovun Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə  "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncamını və təbrik məktubunu oxuyub.

Albert Lixanov Azərbaycanın ali mükafatına layiq görüldüyünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR