Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Milli Assambleyasının (parlament) sədri Əsəd Qayser ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə səfir Ə. Əlizadə "Twitter"də bildirib.
"Cənab Əsəd Qayserin Azərbaycan və Pakistan arasında siyasi, iqtisadi, habelə parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı səylərindən məmnunam", - səfir qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.