Bank Of Baku

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb
# 04 aprel 2019 12:29 (UTC +04:00)

Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb. ONA-nın məlumatına görə, şuraya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və Aİ tərəfdən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini sədrlik edir. İclasda Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan-Aİ əməkdaşlığının vəziyyəti nəzərdən keçiriləcək.

Şura Aİ ilə Azərbaycan arasında yeni razılaşma üzrə davam edən danışıqları nəzərdən keçirəcək. İclasda 2018-ci il sentyabrın 28-də qəbul edilmiş 2018-2020-ci illər üzrə tərəfdaşlıq prioritetlərinə dair fikir mübadiləsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR