Bank Of Baku

Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb

Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
# 31 avqust 2026 12:32 (UTC +04:00)

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

APA xəbər verir ki, səfər çərçivəsində bu gün Baş Prokurorluqda görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonq imzalayıblar.

Görüşdə Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonq "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

Baş prokuror Kamran Əliyev medalı çinli həmkarına təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR