Bank Of Baku

Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib

Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
# 18 iyun 2026 19:45 (UTC +04:00)

18 iyun tarixində Riqa şəhərində Azərbaycan Respublikası və Latviya Respublikası Xarici İşlər Nazirlikləri arasında strateji dialoqun növbəti iclası keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini, siyasi direktor İvars Lasis rəhbərlik edib.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, eləcə də müntəzəm təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Dialoq çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Bununla yanaşı, müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma işləri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Səfər çərçivəsində nazir müavini Fariz Rzayev həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR