Bank Of Baku

Bolqarıstan Prezidenti Qlobal Bakı Forumuna dəvət edilib - FOTO

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev

© APA | Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev

# 11 mart 2022 08:22 (UTC +04:00)

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Bolqarstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Müasir dünyada yaşanan qlobal və regional təhlükəsizliyə olan təhdidlərin həlli siyasi liderlər arasında davamlı dialoq və qarşılıqlı anlaşma yolu ilə mümkündür. Bu mövqeyi Prezident Rumen Radev və Bolqarıstanda səfərdə olan “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bildiriblər.

Bolqarıstan Respublikası Prezidentin həyat yoldaşı xanım Desislava Radevanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublilasının enerji təhlükəsizliyində oynadığı rolu və Azərbaycan Respublikasının I Vitse-Prezidentinin himayəsi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasının əhəmiyyəti qeyd olunmuşdur.

Mərkəzin beynəlxalq gündəlikdəki ən aktual məsələlərin müzakirəsi üçün platforma kimi formalaşdığı qeyd olunaraq, beynəlxalq təşkilatlarla birgə keçirilən tədbirlər proqramı müzakirə edilib.

Rövşən Muradov Prezident Radevi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ənənəvi Qlobal Bakı Forumuna dəvət edib.

Dövlət başçısı müxtəlif mədəniyyətlərin firavanlığı və qarşılıqlı qəbulu naminə dialoq və tolerantlığın yaradılmasında təşkilatın rolunu qeyd edib.

Görüş zamanı Bolqarıstan Prezidenti Rumen Radev və Nizami Gəncəvi mərkəzinin baş katibi Ukrayna müharibəsinin Avropa və dünya üçün nəticələri və risklərini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR