Bank Of Baku

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib
# 20 noyabr 2026 12:18 (UTC +04:00)

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda “Pilotsuz sistemlərin tətbiqi və bölmələrin hazırlıq səviyyəsinin təmin edilməsi üzrə ekspert görüşü” keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkənin silahlı qüvvələrində mövcud olan pilotsuz uçuş sistemləri barədə ətraflı məlumat verilib, insansız qüvvələrin təşkili, həmçinin texniki xidmət istiqamətlərində geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, pilotsuz uçuş sistemlərinin tətbiqi imkanları, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv qorunma yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Qeyd edək ki, ekspert görüşü ölkələrimiz arasında pilotsuz uçuş sistemləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi və döyüş hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR