Bank Of Baku

Britaniya Lordlar palatasının üzvü: “Azərbaycanla əlaqələrimiz inkişaf edir”

Lord Şeyx

© APA | Lord Şeyx

# 10 mart 2022 19:15 (UTC +04:00)

“Azərbaycanla əlaqələrimiz çox güclüdür və xüsusilə ticarət əlaqələrimiz yüksək səviyyədədir. Mən özüm Azərbaacanda olmuşam, və biz istərdik ki, həm siyasi, iqtisadi əlaqələr, həm də ticari əlaqələr daha da inkişaf etsin, güclənsin”

Bu sözləri, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx APA-nın London müxbirinə açıqlamasında deyib.

O, bildirib ki, Britaniyanın Azərbaycanda çox böyük investisiyası var.

“Bunu artırmaq üçün biz daha da çalışmalı, əlimizdən gələni etməliyik. Bundan əlavə əsas olaraq, biz Qarabağda sülh görmək istəyərdik. Siz tam haqlı şəkildə özünüzün olanı geri aldınız, indi isə sülh nizamlanması istiqamətində çalışmaq vacibdir və əminəm ki, Britaniya bu yerlərdə bizneslərin, iş yerlərinin qurulmasında və digər sahələrdə öz dəstəyini göstərəcək”,- deyə Lord Şeyx açıqlamasında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR