Antalya Diplomatiya Forumuna sülh və sabitlik naminə qatılmışıq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Forumun açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, dünya yeni xaosla qarşı-qarşıyadır.
“Avropa sabitlik axtarışındadır. Müharibələrin qarşısı alınmır, müharibələr bitmək bilmir. Dünyada bərabərsizlik daha da dərinləşir. Əməkdaşlığa ehtiyac var”, - nazir vurğulayıb.
Nazir qeyd edib ki, forum çərçivəsində Cənubi Qafqazdakı vəziyyətlə bərabər digər regional məsələlər müzakirə ediləcək.