Türkiyə-Ukrayna-Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşündə gərginlik olmadı, görüş son dərəcə mədəni formada baş tutdu.
APA-nın müxbiri xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçtərəfli görüşün yekunu ilə bağlı deyib.
O əlavə edib ki, ilk dəfə nazirlər səviyyəsində keçirilən görüşdən tam arzuolunan razılığa gəlmək çətin olsa da, Türkiyə bu görüşün davamlı olmasını istəyir.
“Əgər tərəflər bunu istəsə, biz də istəyirik. Növbəti görüşün keçirilməsinə dair qərarın verilməsi isə Belarusda nümayəndə heyətlərinin görüşündən sonra razılaşdırılacaq”, - XİN başçısı vurğulayıb.