Bank Of Baku

“Diqlas” ticarət mərkəzində yanğınla əlaqədar Komissiya yaradılıb

“Diqlas” ticarət mərkəzində yanğınla əlaqədar Komissiya yaradılıb
# 29 mart 2019 13:47 (UTC +04:00)

Baş nazir Novruz Məmmədov Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR