Bank Of Baku

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
# 04 iyun 2026 20:36 (UTC +04:00)

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfirliyi məlumat verib.

Qəbulda fəxri qonaq qismində Dominikanın iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə xarici işlər nazirinin müavini Huqo Fransisko Rivera Fernandes, həmçinin, Dominikan XİN-in, parlamentin, eləcə də müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, bu ölkənin aparıcı mətbu orqanlarından biri olan "Listin Diario" qəzetinin, həmçinin, digər KİV və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq ölkəmizin Dominikandakı səfiri Ruslan Rzayev çıxış edib. Diplomat 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrildiyini söyləyib. Səfir, Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi ilə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə danışıb.

Sonra fəxri qonaq qismində iştirak edən xarici işlər nazirinin iqtisadi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə müavini Huqo Fransisko Rivera Fernandes Dominikanda ilk dəfə olaraq Azərbaycanın Müstəqillik Günü il bağlı qəbulun keçirilməsi ilə əlaqədar hökumət adından təşəkkürünü ifadə edib.

Qəbul zamanı Azərbaycanın turizm imkanları və ölkəmiz haqqında məlumatların əks olunduğu video çarxlar, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” sərgisi nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR