Bank Of Baku

Əflatun Amaşov: “Azərbaycanla Gürcüstanı birləşdirən əsas məqam hər iki ölkənin ərazisinin işğal altında olmasıdır”

Əflatun Amaşov: “Azərbaycanla Gürcüstanı birləşdirən əsas məqam hər iki ölkənin ərazisinin işğal altında olmasıdır”
# 09 aprel 2019 20:04 (UTC +04:00)

"Azərbaycan və Gürcüstan xalqları oxşar mədəniyyətlərə sahibdir. Bizim oxşar taleyimiz və faciələrimiz var".

ONA-nın məlumatına görə, bunu Gürcüstanda baş verən 1989-cu il 9 aprel hadisəsinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

O, qeyd edib ki, iki xalqı birləşdirən əsas məqam hər iki ölkənin ərazisinin bir hissəsinin işğal altında olmasıdır: "Həm Gürcüstanın, həm də Azərbaycanın 20% torpağı işğal altındadır. Biz bütün tədbirlərdə, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirik".

Ə.Amaşovun sözlərinə görə, Azərbaycan və Gürcüstanın birliyi regiona sülh və əmin-amanlıq gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR