23–26 noyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov növbəti Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələrində iştirak etmək məqsədilə Avstraliyaya səfər edib.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, genişləndirilmiş formatda keçirilən siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən “AzərGold” QSC-nin və AR İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin nümayəndələri də iştirak ediblər.
Siyasi məsləhətləşmələr çərçivəsində Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin (DFAT) nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan-Avstraliya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dick, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri və üzvləri, eləcə də müxalifətin xarici işlər üzrə kölgə naziri Ted O’Brien və iqlim dəyişikliyi və energetika üzrə kölgə naziri Dan Tehan ilə görüşlər keçirilib. Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı təmasların intensivləşdirilməsivə ikitərəfli əməkdaşlığın inkişafında parlament diplomatiyasının rolu müzakirə olunub.
Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Resursları Departamentinin (DCCEEW) və Avstraliya Birliyinin Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) nümayəndələri ilə keçirilən dəyirmi masada bərpa olunan enerji, müasir texnologiyalar və mədən sənayesi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilib.
Avstraliya Ticarət və İnvestisiya Komissiyasının (Austrade) nümayəndələri ilə keçirilən dəyirmi masada isə Azərbaycan - Avstraliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Dəyirmi masa görüşləri çərçivəsində Azərbaycan tərəfdən AR İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və “AzərGold” QSC-innümayəndələri müvafiq təqdimatlar ediblər.
Kanberra İnnovasiya Şəbəkəsinin (CBRIN) nümayəndələri ilə görüşdə Avstraliya Paytaxt Ərazisində innovasiya və sahibkarlıq ekosisteminin inkişafı üzrə təcrübə ilə tanışlıq olub. Universitetlər, tədqiqat institutları, dövlət qurumları və biznes sektoru arasında əməkdaşlığın təşviqi, innovativ ideyaların biznes layihələrinə və startaplaraçevrilməsi, eləcə də yeni texnologiyaların kommersiyalaşdırılması mexanizmləri müzakirə edilib.
Yeni Cənubi Uels ştatına səfər çərçivəsində Elnur Məmmədov ştatın Qanunvericilik Şurasının prezidenti Bencamin Franklin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Yeni Cənubi Uels arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ştatın İllavarra regionuna səfər zamanı nümayəndə heyəti Vollonqonq Universitetinin İnnovasiya Kampusunda olub. Nümayəndə heyəti burada universitetin innovasiya ekosistemi, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, startapların inkişafına dəstək, habelə universitet, sənaye və dövlət qurumları arasında əməkdaşlıq mexanizmləri ilə tanış olub. Vollonqonq şəhərinin meri xanım Tanya Braun, Vollonqonq Universitetinin Vitse-kansler və Prezidenti Max Lu AO, eləcədə İllavarra regionunun işgüzar dairələrinin nümayəndələri ilə görüşlərdə regionun innovasiya ekosisteminin inkişafı və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Kanberrada Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib
Xarici siyasət
Slovakiya Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb
Səfirlik İranın Naxçıvanla sərhədə hərbi texnika cəmləşdirməsi ilə bağlı məlumatlara münasibət bildirib
Alen Simonyan Azərbaycana dekabrın əvvəlində səfər edəcək: Bakıya yox, ya Gəncəyə, ya da başqa şəhərə gedəcəyəm
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Xəbər Lenti
İşə düzəltmək, həbsdən azad etmək vədi ilə 200 min manatlıq dələduzluq edən şəxs həbs olunub
Kanberrada Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib
“The Washington Examiner”: Tramp TRIPP üzrə tikinti işlərinin başlanmasını alqışlayıb
Paşinyan Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanunun ləğvini mümkün hesab etmir
Kəlbəcər Şəhəri Günü qeyd edilib, atəşfəşanlıq olub - FOTO
Slovakiya Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb
Bağça müəllimlərinin sertifikasiyasının tarixi dəyişdirilib
Səfirlik İranın Naxçıvanla sərhədə hərbi texnika cəmləşdirməsi ilə bağlı məlumatlara münasibət bildirib
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
AYİB-in Qafqaz rəhbəri: Azərbaycanda gənc sahibkarların maliyyələşmə tələbi 1,5 mlrd. dollardır
Gömrük nəzarətindən gizlədilən 166 min manatlıq qızıl-brilyant boyunbağılar aşkarlanıb
Namizəd Səfərova hökm oxunub
“Beşiktaş”-“Qalatasaray” matçının hakimi məlum olub
Rusiya və Ukrayna xüsusi xidmət orqanları əsir mübadiləsi üçün siyahılar üzərində işləyirlər
Kreml: Putin hələ Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyinə qərar verməyib
Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda görüşəcək
Paşinyan Rusiya sərhədçilərindən Ermənistanı tərk etmələrini istəyib
Alen Simonyan Azərbaycana dekabrın əvvəlində səfər edəcək: Bakıya yox, ya Gəncəyə, ya da başqa şəhərə gedəcəyəm
Xalq artisti Elmira Şabanova dəfn edilib - FOTO - YENİLƏNİB
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Paşinyan Armen Qriqoryanı Qərbin maraqlarına görə işdən çıxardığına dair iddialara cavab verib
Rusiya Aerokosmik Qüvvələri baş komandanının müavini həbs edilib
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Kuşner Ukrayna və Rusiyanın ən böyük əsir mübadiləsini nə vaxt həyata keçirəcəyini açıqlayıb
“PAŞA Sığorta” mənzildə baş verən yanğının zərərini qarşılayıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Sabahın hava proqnozu açıqlanıb
İbiza sahillərində 7 min ton dizel yanacağı daşıyan tanker batıb, bir nəfər ölüb
Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edilib
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Agentlik: Qeyri-qida istehlak mallarının təhlükəsizliyi sahəsində 47 texniki reqlament layihəsi hazırlanıb
Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb, sahibkara xəbərdarlıq edilib - FOTO
Kuşner Rusiya-Ukrayna danışıqlarının uzanmasında Kiyevi günahlandırıb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlanıb
Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib - FOTO
On ayda 42360 uşağa reabilitasiya xidmətləri göstərilib
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İsmayıllı sakini bıçaqlanıb
Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb - VİDEO
Faktiki hava açıqlanıb
Ermənistanda noyabrın 26–27-də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO - VİDEO
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Moskvada MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd olunub
Putinin illik böyük mətbuat konfransının vaxtı açıqlanıb