Bank Of Baku

Ərdoğan: Cənubi Qafqazda sülhün hakim olması bütün bölgənin rifahına xidmət edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 08 noyabr 2025 14:03 (UTC +04:00)

“Bu Zəfəri bir son olaraq deyil, Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq görürük”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

Türkiyə Prezidenti bildirib ki, Cənubi Qafqazda sülhün hakim olması Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindədir: “Xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik. İlham Əliyev qardaşımın davamlı sülhün təsisi üçün göstərdiyi səmimi səylərini təqdirlə qarşılayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR