Bank Of Baku

Gürcü vitse-spiker: Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür

Gürcüstan parlamentinin sədr müavini Sozar Subari

© APA | Gürcüstan parlamentinin sədr müavini Sozar Subari

# 06 aprel 2026 18:51 (UTC +04:00)

Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür, Gürcüstanda sabitlik olmasa və ölkəmizdən keçən yollar qorunmasa, Azərbaycan da inkişaf edə bilməz.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari "İmedi" telekanalının efirində deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstanla Azərbaycan ən yaxın iqtisadi tellərlə bir-birinə bağlıdır.

Vitse-spiker qeyd edib ki, hər iki ölkənin sabit inkişafına töhfə verən layihələrin həyata keçirilməsinə 30 il əvvəl başlanılıb.

"Layihələr bizim ərazimizdən keçdiyindən bir çox ölkələr Gürcüstanda əmin-amanlığın olmasında maraqlıdır", - Subari əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR