Paşha Bank
Bank Of Baku

ICESCO-nun Qarabağa göndərdiyi texniki missiyanın hesabatı Azərbaycan hökumətinə təqdim edilib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik

© APA | İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik

# 27 oktyabr 2026 14:00 (UTC +04:00)

ICESCO-nun Azərbaycanla uzun illərə söykənən güclü əməkdaşlığı var.

Bunu APA-ya açıqlamasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.

O bildirib ki, ICESCO Qarabağda mədəni irsin qorunması ilə bağlı missiya həyata keçirib: “Təşkilat Qarabağda işğaldan azad edilmiş ərazilərə ilk missiyasını göndərib və hesabatını Azərbaycan hökumətinə təqdim edib. Hesabat hökumət tərəfindən yüksək qiymətləndirilib”.

Salem bin Məhəmməd Əl-Malik onu da qeyd edib ki, ICESCO Azərbaycanla süni intellekt sahəsində də əməkdaşlıq edir: "Təşkilat Elm və Təhsil Nazirliyi ilə birlikdə İslam dünyasının süni intellekt indeksini hazırlayıb. İndeks ölkələrin bu sahədə hazırlıq səviyyəsini əks etdirir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR