Bank Of Baku

Latviyanın müdafiə naziri: “Aİ və NATO üzv ölkələrin təhdid edilməsinə göz yummayacaq”

Artis Pabriks

© APA | Artis Pabriks

# 11 mart 2022 15:32 (UTC +04:00)

“Avropa İttifaqı və NATO üzv ölkələrin təhdid edilməsinə göz yummayacaq”.

Bunu APA-ya Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks deyib.

“Rusiya beynəlxalq əlaqələrdə arqumentlərini intellektual müzakirələrə deyil, kobud gücə əsaslandırdı. Əgər bu cür cümlələr istifadə edirlərsə, deməli onu edə bilərlər. Biz onları dayandıra bilmərik. Əgər onlar Latviyaya, Polşaya və yaxud ABŞ-a hücum etmək istəyirlərsə, bunu edə bilərlər. Amma, onlar xatırlamalıdırlar ki, biz NATO müttəfiqiyik və Aİ üzvüyük. Kimsə bizi sadəcə olaraq təhdid edirsə, buna göz yuması deyilik”, - nazir vurğulayıb.

O, Aİ və NATO-nun Ukrayna xalqını dəstəkləməyə davam edəcəyini qeyd edib: “Bu, Rusiyanın Ukraynaya qarşı kobud aqressiyasıdır. Əlbəttə ki, biz beynəlxalq ictimaiyyətin məsuliyyətli bir üzvü olaraq Ukrayna xalqını dəstəkləyirik, böyük həmrəylik göstəririk. Bu qədər çox mülki itkilər görürük, doğum evi, xəstəxanalar bombalanır. Biz bilirik, sizin nazirinizdən də eşitdik ki, Ukraynada azərbaycanlılar da həlak olub. Bu dayanmalıdır. Biz Ukraynaya humanitar, eləcə də silah yardımı edirik. Düşünürəm ki, ehtiyaclı insanların dəstəklənməsi mənəvi borcdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR