Bank Of Baku

Lavrov: “Başqa ölkələrə hücum etmək niyyətində deyilik”

Lavrov: “Başqa ölkələrə hücum etmək niyyətində deyilik”
# 10 mart 2022 14:16 (UTC +04:00)

Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər.

APA-nın müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.

O qeyd edib ki, Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil.

Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib: “Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.

Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR