Bank Of Baku

Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB

Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB
# 10 iyun 2026 15:27 (UTC +04:00)

Rəsmi Tokio Azərbaycanın turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb.

APA xəbər verir ki, bu barədə XİN-in Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin görüşünə dair məlumatında bildirilib.

Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

***

14:55

Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib.

Ceyhun Bayramov bu təşəbbüsü səyahətlərin asanlaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, turizmin təşviqi və iki ölkə xalqları arasında münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR