“Astara terminalı regionda baş verən yeni şəraitdə faydalı ola bilər”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyanın iclasında İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.
“Biz çalışacağıq ki, gələn ilə qədər ticarət dövriyyəsinin həcmini, eyni zamanda, tranzitin həcmini hər iki xalqın mənafeyinə uyğun olaraq artıraq. Mən Şahin Mustafayevin səylərinə görə təşəkkür edirəm. Biz bundan əvvəl azad olunmuş ərazilərə səfər etmişdik. Prezident İlham Əliyevlə görüşdə də vurğuladıq ki, İran şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər. Bunu gündəliyimizə daxil etmişik”, - nazir qeyd edib.