Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, beynəlxalq tərəfdaşlarla danışıqlar gedir: "Azərbaycan tərəfi bu danışıqların nəticəsini gözləmədən öz işlərini davam etdirir. Biz çox sürətlə irəliləyirik. Bu, bir daha bizim belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir”.