Qazaxıstan Araşdırmalar İnstitutunun rəhbəri: "COP29"un Azərbaycana həvalə edilməsi ölkənizin mövqeyinin getdikcə yüksəldiyini göstərir

Qazaxıstan Araşdırmalar İnstitutunun rəhbəri: "COP29"un Azərbaycana həvalə edilməsi ölkənizin mövqeyinin getdikcə yüksəldiyini göstərir
# 23 aprel 2024 19:10 (UTC +04:00)

"COP 29" kimi konfransın Azərbaycana həvalə edilməsi onu deməyə əsas verir ki, ölkənizin beynəlxalq aləmdəki mövqeyi getdikcə daha da yüksəlir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Xarici Siyasi Araşdırmalar İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev deyib.

O bildirib ki, xüsusilə də Qarabağ məsələsinin həlli və sülhyaratma prosesinin irəli getməsi Azərbaycanın nüfuzunu daha da artırıb: "Mən bu görüşdə İlham Əliyevin Azərbaycanın beynəlxalq problemlərə dair mövqeyi ilə bağlı sərgilədiyi strateji baxışdan çox təsirləndim. Xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı ilə bağlı fikirlər diqqətimi çəkdi. Xüsusilə də sülhyaratma prosesindən sonra Azərbaycanın nüfuzu daha da yüksəlib. Son dövrlər baş verənlər də məhz bunu göstərir. Bu isə Qazaxıstan da daxil olmaqla, Azərbaycanın dostları üçün çox qürurvericidir. Biz arzulayıq ki, Azərbaycan sosial-iqtisadi inkişaf yolunda da daha da irəliləsin. İqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi məsələsi ön plana çıxır. "COP29" kimi konfransın Azərbaycana həvalə edilməsi onu deməyə əsas verir ki, ölkənizin beynəlxalq aləmdəki mövqeyi getdikcə daha da yüksəlir. Əminəm ki, bu konfransda daha aktual problemlərin həll yollarını tapmaq mümkün olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR