Paşha Bank
Bank Of Baku

Sabah Slovakiya ilə əməkdaşlıq çərçivəsində Azərbaycan istehsalı olan avtomatik minaatan təqdim ediləcək

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak

© APA | Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak

# 29 sentyabr 2026 19:36 (UTC +04:00)

"Azərbaycan və Slovakiya arasında 100 ədəd avtomatik minaatanın alınmasına dair 210 milyon avro dəyərində çərçivə müqaviləsinin icrasının hazırda birinci mərhələsindəyik".

Bunu APA-ya müsahibəsində Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak deyib.

"Düşünürəm ki, sabah ADEX-də ilk Azərbaycan istehsalı olan avtomatik minaatanı görmək imkanınız olacaq. Əməkdaşlığımızın ilk nəticəsini təqdim edə bildiyimiz üçün çox qürurluyuq. Ümid edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik və son mərhələdə məhsulların tamamilə Azərbaycanda istehsalına keçəcəyik. Plan belədir ki, müqavilənin üçdəbirini Slovakiyadakı zavodlarımız təmin edəcək. Bu mərhələdə texnologiya transferi həyata keçiriləcək. İkinci üçdəbir mərhələdə istehsal yarı Azərbaycanda, yarı Slovakiyada aparılacaq. Sonuncu üçdə bir mərhələdə isə texnologiya transferinin tamamlanacağını və məhsulların tamamilə Azərbaycanda istehsal ediləcəyini düşünürəm. İlk nümunə artıq buradadır və sabah ADEX-də onu görə biləcəksiniz. Düşünürəm ki, hər şey plan üzrə gedir və azərbaycanlı dostlarımızla əməkdaşlığımızdan çox məmnunuq", - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR