“Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini dəstəkləyirik”.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Səfir azad olunmuş ərazilərin minalardan təmizlənməsində ölkəsinin Azərbaycana dəstək verdiyini xatırladıb: “Britaniya şirkətləri, BP Azərbaycanda uğurla fəaliyyət göstərir. Təhsil sahəsində əməkdaşlıq uğurludur, azərbaycanlı tələblər ingilis dilini öyrənir. Britaniya universitetlərində təhsil alan çox sayda azərbaycanlı tələbələr var. İkitərəfli əlaqələr, siyasi münasibətlər inkişaf edir. Geri qaytarılan torpaqların minalardan təmizlənməsində ANAMA ilə əməkdaşlıq edirik. Biz şadıq ki, bu sahədə Azərbaycana kömək edirik”.
Həmçinin səfir münaqişədən təsirlən ərazilərə humanitar sahədə göstərilən yardımı da qeyd edib: “Baş nazirimiz məktubunda da qeyd edib ki, Azərbaycanla strateji tərəfdaşıq”.