Bank Of Baku

SVR: Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir

SVR: Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir
# 12 noyabr 2025 12:29 (UTC +04:00)

Ermənistan siyasi səbəblərdən Rusiya taxılından imtina edərək Aİ tərəfindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılına üstünlük vermək istəyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatında bildirilib.

SVR-nin məlumatına görə, Ermənistan tərəfi Brüsselə qiymət fərqini dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə kompensasiya etməyi təklif edir.

“Brüsseldən Ukrayna taxılının artıq dəyərini kompensasiya etməsi tələb olunur. Aİ hazırda buna razılıq verməyə dəyib-dəyməməsi haqqında düşünür, çünki bu, daimi əsasda ödəniş tələb edəcək və Belçika hazırda dondurulmuş Rusiya aktivlərinin istifadəsinə icazə verməkdən imtina edir”, - məlumatda deyilir.

SVR Ermənistanın Rusiya taxılından imtina planlarını Yəhudanın öpüşünə bənzər şəkildə "İrəvan öpüşü" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR