Bank Of Baku

Talibanın xarici işlər naziri: “Əfqanıstanda insanlara qarşı diskriminasiya yoxdur”

Talibanın xarici işlər naziri: “Əfqanıstanda insanlara qarşı diskriminasiya yoxdur”
# 11 mart 2022 17:53 (UTC +04:00)

Əfqanıstanda heç kim üçün təhlükə yoxdur, biz əfqanların ölkələrində qalmalarını istəyirik.

APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi jurnalistlərə açıqlamasında deyib.

O, Əfqanıstan ərazisinin heç bir ölkəyə qarşı istifadə edilməyəcəyini deyib.

“Əfqanıstanda insanlara qarşı diskriminasiya yoxdur. Miqrasiyaya ehtiyac yoxdur, biz bütün əfqanların Əfqanıstana qayıtmasını və ölkəsinin inkişafına töhfə verməsini istəyirik. Əfqanıstanın yeni hökuməti Əfqanıstan ərazisinin başqa heç bir ölkəyə qarşı istifadə edilməyəcəyinə dair öhdəlik götürüb. Əfqanıstan hər kəs üçün investisiya imkanı təqdim edir. Əfqanıstanın mineralları var, əlaqələrin kəsişməsində yerləşir. Əfqanıstanda hamı üçün sərmayə yatırmağa fürsət var”.

Əmir Xan Müttəqi vurğulayıb ki, böyük və kiçik olmasından asılı olmayaraq, xalqların diplomatiyaya ehtiyacı var, lakin böyük güclər diplomatiyadan kiçik xalqlara qarşı aqressiya üçün istifadə etməməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR