Bank Of Baku

TBMM sədri Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş

© APA | Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş

# 24 iyun 2026 11:22 (UTC +04:00)

Türkiyə ABŞ-İran danışıqlarında müsbət mərhələni məmnunluqla qarşılayır.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışında deyib.

“Ümid edirik ki, əldə olunmuş razılaşmaya sonadək sadiq qalınacaq, danışıqlar sonadək müsbət məcrada davam edəcək və nəhayət, İrana qarşı ABŞ və İsrail tərəfindən başladılan bu müharibə dayandırılaraq, tam mənada sülh mühiti təmin olunacaq”, - TBMM sədri qeyd edib.

O, ABŞ-la İran arasında aparılan danışıqların mühüm tərkib hissələrindən biri hesab edilən Livanda İsrail hərbi əməliyyatlarının dayandırılmasının da həyati əhəmiyyət daşıdığını vurğulayıb. “Livan livanlılarındır. Fələstin fələstinlilərindir. Bu ölkələr üzərində İsrailin heç vaxt haqqı olmayıb və bundan sonra da olmayacaq”.

Numan Kurtulmuş Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və bu prosesin davamlı sülhlə nəticələnəcəyinə ümid etdiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR