Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşada olublar

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşada olublar
# 26 aprel 2024 18:31 (UTC +04:00)

Aprelin 26-da Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sonra Şuşaya gələn qonaqlar Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Qala divarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər deputatlar müşayiət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR