Bank Of Baku

Bakıda Mərakeşin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Bakıda Mərakeşin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
# 30 iyul 2018 17:46 (UTC +04:00)

Bakıda Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edilib.

 

APA-nın xəbərinə görə, qəbulda Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənib.

 

Səfir Məhəmməd Adil Embarş çıxış edərək Mərakeşin son bir ildə əldə etdiyi nailiyyətlərdən danışıb.

 

Azərbaycan-Mərakeş əlaqələrinin müxtəlif sahələrdə inkişafından danışan səfir Azərbaycan tərəfinə Saxara məsələsində konstruktiv mövqe tutduğuna və Mərakeşin ərazi bütövlüyünü  dəstəklədiyinə görə təşəkkürünü bildirib.

 

Səfirin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artmaqda davam edir.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Gündüz Cəfərov isə çıxışı zamanı bu əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafda olduğunu məmnunluqla qeyd edən G. Cəfərov deyib  ki, mövcud siyasi dialoq ölkələr arasındakı əməkdaşlığın inkişafına xüsusi töhfə verir: "İqtisadi sahədə də yaxşı əməkdaşlığımız mövcuddur. İmzalanmış və imzalanmaq üçün hazırlanan sazişlər ikitərəfli əlaqələrin daha da güclənməsinə  xidmət edir. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Əminəm ki, mövcud olan dostluq gələcəkdə də xalqlarımızın  rifahına xidmət edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR