Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz asan regionda yaşamırıq. Bizim üçün müharibə, işğal gündəlik reallıqdır. Bir milyon insan Azərbaycanda qaçqın və məcburi köçkündür”.
APA-nın məlumatına görə, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Seyed Kazem Sajjadpour ”Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, hər il 1 milyona qədər azərbaycanlı İrana səfər edir: “Bu da insanlar arasında münasibətlərin əsasını təşkil edir. Azərbaycan və İran prezidentləri son 3 ildə 7 dəfə görüşüblər. Görüşlər göstərir ki, İran və Azərbaycan arasında birgə yaşayış və əməkdaşlıq yüksək səviyyədədir. İran sanksiyalarla üzləşəndə Azərbaycan bizimlə əməkdaşlıq siyasəti həyata keçirirdi. Əsl dost çətin zamanda üzə çıxır. İranla Azərbaycan regionda sabitliyin iki mənbəyidir. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
İran XİN-in nümayəndəsi: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
07 oktyabr 2016 11:31 (UTC +04:00)
Xarici siyasət
Latviya parlamentinin sədri Şuşaya səfər edib - FOTO - YENİLƏNİB
18:51
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024
XİN 19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı ilə bağlı paylaşım edib
14:00
19 may 2024