Bakı. Türbət Bağırova - APA. Qazaxıstanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı olub.
APA-nın xəbərinə görə, hökumətlərarası razılaşmaya əsasən Azərbaycan hökuməti səfirliyin binası üçün ərazi ayırıb, binanın tikintisi isə Qazaxıstan büdcəsinin hesabına həyata keçirilib.
Mərasimdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev yeni səfirlik binasının Azərbaycandakı diplomatik missiyaların ofisləri arasında ən müasirlərdən biri olduğunu deyib. O bildirib ki, Astanada Azərbaycan səfirliyinin yeni binasında tikinti işlər tamamlanmaqdadır.
Qeyd edək ki, Qazaxıstan səfirliyinin yeni binası Nəcəfqulu Rəfiyev-10 ünvanında yerləşir.