Bank Of Baku

XİN: Gürcüstan-Azərbaycan sərhədinin 34 faizi mübahisəlidir

XİN: Gürcüstan-Azərbaycan sərhədinin 34 faizi mübahisəlidir
# 02 aprel 2019 13:15 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan-Gürcüstan delimitasiya və demarkasiya komissiyası işini bərpa edəcək.

ONA-nın məlumatına görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında deyilir. Bildirilir ki, hazırda tərəflər komissiyanın tərkibini yeniləyir. Komissiyanın toplantısının konkret tarixi isə açıqlanmır.

 XİN-dən o da bildirilib ki, bu gün Gürcüstanla Azərbaycan sərhədinin 34 faizi mübahisəlidir: “Komissiyanın işi nəticəsində sərhədin 66 faizi razılaşdırılıb. Digər hissələrin də razılaşdırılması istiqamətində iş aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR