Bank Of Baku

XİN rəhbəri: Hindistan Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinir

Hindistan xarici işlər naziri Subramanyam Cayşankar

© APA | Hindistan xarici işlər naziri Subramanyam Cayşankar

# 23 oktyabr 2026 13:33 (UTC +04:00)

Hindistan müxtəlif çoxtərəfli təşkilatların görüşlərində iştirak edir, elə bu yaxınlarda Bakıda AQEM-in sammitində də nümayəndə heyətimiz iştirak edib.

APA xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Hindistan Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinir. Nazir qeyd edib ki, bu, uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacaq.

“Hindistanın mövqeyi aydındır: bütün münaqişələr dialoq və diplomatiya yolu ilə həll olunmalıdır”, - XİN rəhbəri əlavə edib.

Subramanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR