MM-də “Peşə təhsili haqqında” qanun qəbul edilib - YENİLƏNİB

MM-də “Peşə təhsili haqqında” qanun qəbul edilib - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2018 12:10 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli layihə barədə məlumat verib.

Beş fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və s. məsələlər yer alıb.

Komitə sədri bildirib ki, ilk oxunuşda edilən bəzi təkliflər məqsədə müvafiq olmadığı üçün qəbul edilməyib: “Məsələn bildirirdilər ki, azərbaycançılıqla bağlı tərbiyəvi müddəanın ayrı verilməsinə ehtiyac yoxdur. Amma bu gün bizi Avropadan söyənlərlə bağlı situasiya göstərir ki, bunu saxlamaq lazımdır”.

O, digər müddəaların da saxlanma səbəbini izah edib.

Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Daha sonra müzakirələr üçüncü oxunuşda davam etdirilib.

Müzakirələrin ardınca qanun layihəsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR