Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
APA xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.
Məlumata görə, partlayışın mərkəzi beynəlxalq hava limanına gedən yol qovşağında olub.
İnsident nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat verilməyib.