Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə başlayıb

Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə başlayıb
# 28 aprel 2021 11:30 (UTC +04:00)

Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını qismən geri çəkməyə başlayıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Sergey Deyneko bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunlarını şərq sərhədlərindən yox, yalnız Krımdan geri çəkməyə başlayıb.

“Rusiyanın müdafiə naziri Sergey Şoyqunun aprelin 23-dən qoşunların geri çəkiləcəyinə dair açıqlamasından sonra həqiqətən də bizim kəşfiyyatımız prosesin qismən başladığını müşahidə edir. Hazırda biz görürük ki, bu proses müvəqqəti işğal olunmuş Krım ərazisində gedir”, - deyə S. Deyneko vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR