Azərbaycan Prezidenti: “Müharibədə əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetirib”

Azərbaycan Prezidenti: “Müharibədə əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetirib”
# 20 mart 2021 10:59 (UTC +04:00)

“Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində deyib.

“Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”, - deyə Prezident vurğulayıb.

İkinci Qarabağ müharibəsinin bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR